Əlaqə Arxiv
news Image
2015.09.16
12:36
| A A A
"Siri" Ağ Evin sözcüsü olacaq

Movqe.az-ın məlumatına görə, Cupertinolu texnologiya nəhəngi "Apple"nin səsli katibəsi "Siri" yaxın bir zamanda Ağ Evin sözcüsü ola bilər.

Ağ Evdə Josh Earnest İranla əlaqəli bəzi şərhlər edib. Şərh sırasında bir jurnalist Earnestə yaşanan hadisələrlə əlaqədar sual verib.

Həmən vaxt, Earnestin "iPhone"daki "Siri" dövrəyə girib. Siri Earnestə imkan vermədən, jurnalistin sualına cavab verib.

"Siri"nin bu hərəkəti başda sualı soruşan jurnalist olmaqla, bütün hər kəsi qəhqəhəyə boğub. "Siri"nin bu hərəkəti irəliləyən zamanlarda Ağ Evin mətbuat sözcüsü olma ehtimalını ortaya çıxarıb.

"Siri"nin jurnalistə verdiyi cavab isə bu idi: "Təəssüf edirəm, mənim nəyi dəyişmək istədiyindən əmin deyiləm "

Bu hadisə bizə texnologiyanın gəldiyi son nöqtə ilə əlaqəli məlumatlar verir. Bəlkə də yaxın zamanda "Siri" həm mətbuat sözcüsü, həm də mətbuat işçisi ola bilər. Bunu irəliləyən zamanlarda görəcəyik.

Sizin Reklam Yeriniz