Əlaqə Arxiv
news Image
2015.09.17
11:15
| A A A
Ay qana boyanacaq
Yaxın günlərdə planetimizin sakinləri Yerin təbii peyki olan Ayı al-qırmızı rəngdə görəcəklər.

NASA alimləri bu hadisənin sentyabrın 27-də baş verəcəyini deyirlər.


Alimlər qeyd edirlər ki, sentyabrın sonunda Şimali və Cənubi Amerika sakinləri Ayda baş verən nadir dərişiklikləri müşahidə edə biləcəklər. Həmin vaxt Yerin peyki öz adi rəngini dəyişəcək və hamının gözü qarşısında qırmızı rəng alacaq.


Bu nadir hadisə bir neçə saat davam edə bilər. Ona görə də alimlər qeyri-adi hiss və hadisələrin Amerikadan kənarda yaşayan həvəskarlarına tezliklə Qərbə səfər planlamağı tövsiyə edirlər.


Bu dəfə Ay həmişə olduğundan daha yaxşı və adi halda gözlə gördüyümüz ölçüsündən 14% daha böyük görünəcək. Yerin süni peyki qeyri-adi rəngi Günəş şüalarının xüsusi bucaq altında düşməsi nəticəsində alacaq.


Ekspertlər əmin edirlər ki, "qanlı Ay" maqnit qasırğalarına təsir etməyəcək. Alimlər hətta zarafatla bildiriblər ki, yeganə diskomfort yalnız səmaya uzun-uzadı baxdıqdan sonra boyun nahiyəsində ağrıların yaranması ilə bağlı ola bilər.

Sizin Reklam Yeriniz