Əlaqə Arxiv
news Image
2015.09.21
12:40
| A A A
Ekranların ən uzunömürlü serialları - siyahı
Elə televiziya serialları var ki, illərdir ekranlara gəlir. Onlardan bəziləri reytinq qurbanı olduğu üçün, bəziləri isə illərin yorğunluğundan tamaşaçılarla vidalaşmalı olub.

Movqe.az "Hürriyet"ə istinadən ekranların ən uzunömürlü seriallarının siyahısını təqdim edir:


"Çocuklar duymasın" – 2002-ci ildə TGRT-də "Made in Turkey" ifadəsiylə ekrana gəlib. İlk 13 seriyasından sonra milyonlarla tamaşaçını televiziya qarşısına toplaya bilib. Elə 13-cü bölümdən sonra ATV "Çocuklar duyması"nı transfer edib. Bu serial əvvəllər model və aparıcılıq edən Pınar Altuğ üçün aktrisalıq karyerasının başlanğıcı olub. Ekran işini Birol Güvən ərsəyə gətirib. Bir müddət ekranlara fasilə verən serial 2014-cü ildə (12 il) bitib.




"Bizimkilər"– 1989-cu ildə TRT ekranlarında yayımlanmağa başlayıb.2002-ci ildə bitən serial 13 il tamaşaçıların görüşünə gəlib. "Bizimkilər" daha sonra "Star", "Show TV" və "ATV"də göstərilib.




"Məhəllənin muxtarı"– 90-cı illərin dəbdə olan məhəllə seriallarından biri idi. 1992-2002-ci illərdə ekranda olub. 337 seriyası yayımlanıb.




"Arka sokaklar"– 2006-cı ildə yayımlanmağa başlayıb. Zaman-zaman kadr dəyişikliyi olsa da, serialın əsas qəhrəmanları layihədə hələ də yer alır. Bu yay ekran işinin bitdiyi dedi-qoduları yayılsa da, rejissor bunu təkzib etdi və yeni bölümlərinin çəkildiyini bildirdi.




"Kurtlar vadisi"– 2003-cü ildə "Bu bir mafiya serialıdır" şüarı ilə yayımlanmağa başladı. Bu serialın əsasında 3 film çəkilib. Ekran işində Şeron Stoun və Endi Qarsia kimi Hollivud ulduzları da çəkiliblər. "Kurtlar vadisi" yayımını hələ də davam etdirir.



"The Guiding Light"–1952-2009-cu illərdə yayımlanan bu serial Ginnesin rekordlar kitabına düşüb. Serialın bitməsinə isə getdikcə reytinqinin düşməsi səbəb olub. "CBS" kanalında yayımlanıb.



Sizin Reklam Yeriniz