Əlaqə Arxiv
news Image
2012.10.10
17:50
| A A A
Pult yerinə qol saatı

Movqe.Az bildirir ki, İngiltərənin Newcastle Universiteti və "Microsoft Research Cambridge"-in birlikdə əməkdaşlığə ilə televizordan cib telefonuna qədər bir çox elektron alətə əmr göndərən bir cihaz yaradılıb. "Digits" adlı qol saatını xatırladan cihaz, kamerası və qurğusu sayəsində istifadəçinin əmrlərini qəbul edir, televizorda kanal dəyişdirir, cib telefonuna cavab verir. Bir sözlə, qolunuzla edəcəyiniz kiçik bir hərəkətlə televizoru söndürə bilərsiniz və həmçinin cib telefonunuzdan istifadə edə bilərsiniz. Bu cihazı yaradan mütəxəssislər "Digits" in ATM və şifrəli digər başqa mexanzimlər üçün də etibarlı ola biləcəyini söyləyirlər.

Xüsusiyyətləri:

1. İnfraqırmızı kamerası var və əl hərəkətlərini yazıb 3D modelə çevirir.

2. 3D model barmaq və əl hərəkətlərini yaddaşda saxlaya bilir və səsləri telefon zəngi kimi istifadə etmək olur.

3. Televiziya kanallarını və oyunları istiqamətləndirə bilir.

4. Lazer proyektoru vardır. Bu da barmaqların hərəkətlərini ölçə bilir.


Sizin Reklam Yeriniz