Əlaqə Arxiv
news Image
2012.10.11
13:34
| A A A
Hovuzda plənglərlə üzmə keyfi

Movqe.az xəbər verir ki, ABŞ-da xüsusi bir zoopark müştəri cəlb etmək üçün yeni üsul tədbiq edir. ABŞ-ın Florida əyalətində olan "Dade Citys Wild Things" adlı xüsusi zooparkda 200 dollara verən hər kəs pələnglərlə hovuzda üzmək  şansı qazanır.

Heyvan qoruma dərnəkləri zoopark fəaliyyətini bala pələnglərin istismarı kimi qiymətləndirir.

Ziyarətçilərlə yarım saat hovuzda üzən pələnglərin qanuna uyğun ən çox 18 kiloqram ağırlığı olmalıdır. Bundan artıq çəkisi olan pələnglərin insanlarla yaxın temasına icazə verilmir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi ötən il heyvanat bağçasına bir xəbərdarlıq göndərərək bəzi heyvan balalarının hovuza istəmədikləri halda zorla daxil edildiyini deyib.

Bu xəbərdarlığa cavab olaraq zoopark səlahiyyətliləri pələnglərin suda daha asan idarə edildiyini söyləyiblər: "Aslanlar böyük pişiklər arasında üzməyi ən çox sevən növdür. Biz də onları yavaş- yavaş suya və üzməyə öyrəşdiririk". 

Sizin Reklam Yeriniz