Əlaqə Arxiv
news Image
2015.09.29
11:45
| A A A
Beyində insanın alkoqola münasibətini müəyyən edən mexanizm tapılıb

"Medical News Today" nəşrinin verdiyi məlumata görə, ABŞ alimləri insanın alkoqola meyil etməsinə təsir göstərən ayrıca mexanizm aşkar ediblər.

Tədqiqatlara görə, bir çox asılılıqların sirrinin açarı beynin davranışa cavab verən zonası olan dorsomedial striatumdadır. Çoxlu miqdarda alkoqol striatumun fəaliyyətini hüceyrə səviyyəsində dəyişdirir. Özü də tikanlı neyronlara daha çox təsir edir. Bu neyronlar D1 və D2 reseptorlarının köməyi ilə beynin dofaminə reaksiyasını tənzimləyir. D1 reseptorları olan neyronlar beynin neyron yolunun hərəkətə gətirən, D2 reseptorları olan neyronlar isə hərəkəti yavaşıdan hissəsidir. İçki düşkünlərində D1 reseptorları beyni nəzarətə götürür. Spirtli içki sinir sistemini həddindən çox fəallaşdırır və bu da asılılığa gətirib çıxarır.

Amerika alimlərinin fikrincə, bu kəşf alkoqolizmə qarşı yeni dərmanın hazırlanmasına ümid verir.


Sizin Reklam Yeriniz