Əlaqə Arxiv
news Image
2015.09.29
12:15
| A A A
Qarışqalar qohumlarını qoxu vasitəsilə tanıyırlar

Alimlər uzun illərdir ki, qarışqaların həyat tərzi ilə maraqlanırlar. Tədqiqatçılar bu həşəratın böyük ərzaq parçasını və digər yükləri daşımaq üçün əməkdaşlıq etməsinə, tunellər inşa etməsinə, yuvalarının təmizliyini qorumasına, bir-biri ilə ünsiyyət qurmasına, icma daxilində iş vəzifələrini müəyyənləşdirməsinə nəzarət ediblər. İndi isə tədqiqatçılar bu maraqlı canlıların öz qrupundan olan soydaşlarını digər qruplardan necə ayırd etməsini araşdırmaq qərarına gəliblər.

Kaliforniyanın Riverside Universitetinin mütəxəssisləri tədqiqatlar zamanı müəyyənləşdiriblər ki, qarışqalar kutikulalarındakı (nazik dəri) karbohidrogenlər vasitəsilə ünsiyyət qururlar. Alimlər qeyd edirlər ki, həşəratlar arasında ən çox miqdarda iy reseptoru olan genlər qarışqalarda var. Bu səbəbdən də onlar kimyəvi maddələri qoxusundan təyin etməklə qoxunun hansı icmaya aid olduğunu müəyyənləşdirirlər.

Sizin Reklam Yeriniz