Əlaqə Arxiv
news Image
2015.09.29
12:35
| A A A
Şokoladın qoxusu immuniteti artırır

Alimlər şokoladın daha bir faydalı xüsusiyyətindən danışıblar. Movqe.az xarici mətbuata istinadən məlumat verir ki, onun qoxusu orqanizmin viruslara müqavimət göstərmək bacarığına təsir edir.

"Ladyportal"ın yazdığına görə, şokoladın qoxusu immuniteti artırır. Məsələ bundadır ki, şokoladın qoxusunu nəfəsə çəkəndən sonra orqanizmdə "A" sinfindən olan immunoqlobulinlərin (anticisimlər) əmələ gəlməsi sürətlənir.

Bu, şokoladın soyuqdəymə xəstəliklərinə qarşı mübarizədə heç də yeganə xidməti deyildir. Lap bu yaxınlarda kanadalı mütəxəssislər tərəfindən sübuta yetirilib ki, şokolad öskürəyi müalicə edir. Şokoladın tərkibində öskürməyə qarşı təsir gücünə malik teobromin maddələri var.

Sizin Reklam Yeriniz