Əlaqə Arxiv
news Image
2015.09.30
14:15
| A A A
Pişiklər haqqında məzəli videolar və musiqi sədaları altında rəqslər gün ərzində gümrah qalmağa kömək edir

Pişiklər haqqında məzəli videolar və musiqi sədaları altında rəqs etmək gün ərzində gümrah qalmağa kömək edir. Movqe.az "The Daily Mail"-a istinadən məlumat verir ki, Amerika Kimya Cəmiyyətinin alimləri bu qənaətə gəliblər.

Amerikalı kimyaçıların fikrincə, məzəli videoçarxlar insanın beynində dofamin və oksitosin maddələrinin konsentrasiyasını artırır. Bu da fərəh, çalışmaq hissi yaradır. Sevimli musiqinin sədaları altında rəqs etmək də kömək edir. Rəqsdən sonra orqanizm xoşbəxtlik səviyyəsini artıran və iş gərginliyini aradan qaldıran endorfin hasil edir. Bundan başqa, musiqi həzz hissi yaradan neyron zəncirlərini fəallaşdırır.

Amerika alimləri təmiz havada çox olmağı məsləhət görürlər. Oksigen baş beynin fəaliyyətinə kömək edir, mühiti dəyişdirmək isə işləmək qabiliyyətinə müsbət təsir göstərir. Mütəxəssislər çoxlu su içməyi tövsiyə edirlər. Su yorğunluğu götürür, ürəkdöyünməni tezləşdirir.

Amma ənənəvi istirahət üsullarını da unutmaq olmaz. Bəzən yorğun olanda gündüz sakit yerdə bir neçə saat yatmaq kifayət edir.

Sizin Reklam Yeriniz