ABŞ-ı hər 24 ildə 2012-ci ildə Nyu-Yorku batıran Sendi qasırğası kimi qasırğalar gözləyir. Bu nəticəyə son bir neçə min ildə orada suyun nə qədər qalxdığını araşdıran Rutgers Universitetinin alimləri gəliblər.
Əvvəllər suyun səviyyəsinin 2,25 metr qalxaması ilə bağlı fəlakətli daşqınlar 500 ildə bir dəfə baş verirdi. Amma qlobal istiləşmə və Dünya okeanı səviyyəsinin qalxması bu cür fəlakətlərin tez-tez baş verməsinə gətirib çıxarıb.
Bencamin Hortonun proqnozuna görə, 130 ildə bir dəfə Nyu-Yorkda suyun səviyyəsi daha yüksək- 3 metrdən də yuxarı qalxa bilər. Əvvəllər bu, 3000 ildə bir dəfədən tez baş verməyib.
Hortonun Rutgers Universitetindən olan həmkarları bir neçə il əvvəl məsələni daha dərindən araşdırıblar. Onlar Virciniya (ABŞ), Yeni Zelandiya və Sakit okeanın şimal hissəsindəki Enivetok mərcan adasında süxurları tədqiq ediblər.
Süxurlar 5 milyon il əvvəl başlayan və təqribən, 2,5 milyon sonra başa çatan Plision dövrünün çöküntüləri olub. O dövrdə iqlim, ümumilikdə, indiki iqlimi xatırladıb, lakin planetdə orta temperatur 2-3 dərəcə yüksək olub. Yəni qlobal istiləşmə dayanmazsa, bu cür temperatur artıq yaxın vaxtlarda mövcud ola bilər.
Alimlər çöküntülərin izotop tərkibini tədqiq edərək müəyyənləşdiriblər ki, o vaxt okeanın səviyyəsi indikindən 20 metr yüksək olub. Belə ki, gələcəkdə qütb buzlaqlarının əriməsi nəticəsində su bu qədər yüksək səviyyəyə qalxa bilər. Onda Hortonun hesablamalarını bunun yanında ümidverici proqnoz adlandırmaq olar.
Antarktida əriyir. Müntəzəm olarq gələn məlumatlara görə, ondan böyük buz tədəqələri ayrılır. Meteoroloqların müşahidələrinə görə isə, XX əsrin ikinci yarısında Cənub qütbündə havanın orta illik temperturu Selsi üzrə 2,5 dərəcə artıb və artmaqda davam edir. Nəticədə qlobal istiləşmə ona gətirib çıxara bilər ki, Antarktidada, ümumiyyətlə, buz qalmayacaq.
Güman edilir ki, ərimiş buz suyu okeana axacaq və onu bərabər səviyyədə dolduracaq. Bu səbəbdən okeanın səviyyəsi, təqribən, 5 m qalxacaq.
Toronto Universitetindən (Kanada) olan xanım tədqiqatçı Cerri Mitrovis və onun həmkarları isə başqa fikirdədirlər. Onlar bildirirlər ki, əvvəlki proqnozlarda təfsilatlar nəzərə alınmayıb. Məhz bunlar, məsələn, Amerika və Cənub-Şərqi Asiya ölkələri üçün çox pis nəticələrə gətirib çıxara bilər.
Cerrinin fikrincə, indi Cənub qütbündəki buz örtüyü öz cazibə qüvvəsi ilə Antarktida ətrafında su qovuğu yaradır. Buz əriyəndən sonra qovuq şimala tərəf yönələcək və orada suyun səviyyəsi qalxacaq. Sonra buzdan və onun çox böyük təzyiqindən azad olmuş kontinent 100 metr yuxarı qalxacaq. Başqa sözlə desək, kif atacaq. Bu isə əlavə su axınlarına səbəb olacaq. Və bunların hamısı birlikdə, kanadalıların hesablamalarına görə, Yerin oxunu 500 m dəyişdirəcək. Bu cür yerdəyişmə isə okeanın səthində fəlakətli qabarma yarada bilər.
"Atlantik və Hind okeanlarının sahillərində yerləşən ölkələrin hökumətləri bu təhlükəni bilməlidir. Əvvəlki proqnozlara bir neçə metr də əlavə etmək lazımdır"- tədqiqatlarda iştirak edən alimlərdən biri Natalya Qomez bildirib.
Alimlər dünya okeanınında suyun səviyyəsinin təqribən 7 metr qalxacağını proqnozlaşdırırlar. Bu isə Nyu-York və Vaşinqton sakinlərini tam batmaq təhlükəsi altında qoyur.