Əlaqə Arxiv
news Image
2015.10.01
23:30
| A A A
Dünyada yeni ilan növü tapılıb - FOTO
Sürünənə "Muhtarophis" adı verilib

Dünyada yeni ilan növü tapılıb. "Report" Türkiyə KIV-inə istinadən xəbər verir ki, sürünənin yeni cinsi Hatay vilayətinin dağlıq ərazilərində aşkar olunub. Tədqiqatçıların tapdığı ilanlardan DNT analizi götürülərək araşdırılıb və belə qənaətə gəlinib ki, bu ilan növünün burun ucu küt və baş hissəsi fərqlidir. Anatomik quruluş və DNT analizinin nəticələri bu ilanın yeni bir cins olduğunu deməyə əsas verib. Bu kəşflə dünyada ilan növlərinin sayı 515-ə çatıb.

Yeni ilan növünün uzunluğu 30 sm-dir, incə və kiçik quruluşludur. Dərisinin rəngi sarımtılla qızılı arasında dəyişir. Başının üstü qara rənglə örtülüdür. Başının ön hissəsi kül rəngindədir. Zəhərsiz və zərərsiz bir ilandır. Adətən, daşın altında olur. Rütubətli bölgələrdə torpağa girib gizlənə də bilir.

Türkiyədə yeni ilan növünü aşkar edən ovçular sürünənə "Muhtarophis" adını veriblər.


Sizin Reklam Yeriniz