Əlaqə Arxiv
news Image
2012.10.12
17:39
| A A A
İspanlar "Madrid"ə dəstək oldu
Movqe.Az bildirir ki, 2020 Olimpiya oyunlarına namizəd olan şəhərlərdən Madridə İspaniyadakı iqtisadi böhrana baxmayaraq xalqın dəstəyinin artdığı bildirilib. Madriddə olan Mediapost şirkəti tərəfindən keçirilən anketə görə, xalqın namizədliyə verdiyi dəstək, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 10 ay əvvəlki anketinə nisbətlə 2 bal artaraq, 80,2 faizə yüksəlib. İki mindən çox adama telefonla zəng vurularaq aparılan anketdə, 2,2 faizinin səhv olduğu qeyd edilib. Madrid, iqtisadi inkişafda geriləmə, kəmər sıxma siyasəti və 25 faizə qədər artan işsizlik nisbətinə baxmayaraq namizədliyini davam etdirib. Ardıcıl üçüncü dəfə olimpiyadaları keçirməyə namizəd olan Madrid, 2020 Olimpiyada oyunları üçün İstanbul və Tokio ilə yarışır. Qazanan şəhərin adı, IOC tərəfindən 2013-cü il sentyabr ayında açıqlanacaq.


Sizin Reklam Yeriniz