Əlaqə Arxiv
news Image
2012.10.16
15:53
| A A A
Uşaqların sağlamlığı təhlükə altındadır
Movqe.Az bildirir ki, Bağlı məkanlarda siqaret çəkmək sağlamlığa daha zərərlidir. İngilis tədqiqatçıların apardıqları son araşdırmaya görə, avtomobillərdə siqaret çəkmək daha zərərlidir. Avtomobildə çəkilən siqaret, şüşələr açıq olsa və kondisioner işləsə belə Dünya Səhiyyə Təşkilatının təyin etdiyi nisbəti üç qat aşaraq hava çirklənməsinə gətirib çıxarır. Bundan əlavə, arxa kresloda oturanlar xüsusilə də uşaqlar bu zəhərli dumana məruz qalır. Uşaqların immunitet sistemi tam olaraq inkişaf etmədiyindən siqaretin dumanı onlara olduqca zərərlidir. İngilis Həkimlər Birliyi siqaretin xüsusilə uşaqlarda sağlamlıq problemlərinə səbəb ola biləcəyini ön plana çəkərək avtomobillərdə siqaret çəkməyin qadağan edilməsinin lazım olduğunu irəli sürüblər.


Sizin Reklam Yeriniz