Əlaqə Arxiv
news Image
2012.10.16
15:57
| A A A
Yeni planet tapılıb

Movqe.az xəbər verir ki, könüllü olaraq fəaliyyət göstərən iki səma alimi səmada dörd fərqli günəşlə işıqlanan yeni bir planet tapıb. "BBC"nin xəbərinə görə növünün ilk nümunəsi olan planeti iki amerikalı Kian Jek və Robert Qaqliano "Planethunters.org" (Planet Ovçuları) saytını istifadə edərək kəşf edib. Professional səma alimlərindən ibarət olan bir qrup isə Havaidə olan "Keck" Rəsədxanasından faydalanaraq bu kəşfi təsdiqləyib. 5 min işıq ili uzaqda olan planetə PH1 adı verilib, planetin "nəhəng bir qaz kütləsi" olduğu düşünülür. Dünyanın yarı diametrinin 6 qatı böyüklüyündə olan "PH1"nin Neptundan bir az daha böyük olduğu ifadə edilib.

Sizin Reklam Yeriniz