İsveçrəli fermer Beni Meyer 856 kiloqram ağırlığında balqabaq yetişdirərək rekorda imza atıb. O, bu il bütün rəqiblərini geridə qoysa da, öz rekordunu yeniləyə bilməyib. 2014-cü ildə Beni Meyer çəkisi 1 tondan artıq olan balqabaq yetişdirmişdi.
Movqe.az Vesti.ru saytına istinadla məlumat verir ki, nəhəng tərəvəz Almaniyanın Lyudviqsburq şəhərində ənənəvi fermer yarışmasında nümayiş edilib. Meyer artıq ikinci dəfədir ki, sözün bütün mənalarında ən məhsuldar fermer titulunu qorumağa müvəffəq olur. Onun nailiyyətləri bununla bitmir. İsveçrəli fermer 705,5 kiloqramlıq balqabaq yetişdirərək oktyabr ayının əvvəllərində altıncı dəfə ölkə müsabiqəsində qalib gəlib.
Nəhəng balqabağı öz gözləri ilə görmək istəyənlər bunu noyabrın 8-dək Lyudviqsburq şəhərində edə bilərlər.
Təəssüf ki, insanlara rekord çəkiyə malik tərəvəzi yemək tövsiyə olunmur. Buna baxmayaraq, nəhəng balqabağın toxumları satışa çıxarılacaq, özü isə yem kimi heyvanlara veriləcək.