"Google"a xəbərdarlıq edilib
Movqe.az xəbər verir ki, Avropa Birliyi
"Google"da yeni gizlilik qanunlarında dəyişikliklər etməsini
istəyərək, toplanan məlumatlarla əlaqədar daha açıq və əhatəli
məlumatlar təqdim etməsini tələb edib. AB ölkələrinin verdiyi
səlahiyyət üzərinə mövzuyla əlaqədar etdiyi araşdırma nəticələrini
yenə Avropa Birliyi adına açıqlayan Fransız Milli İnformasiya
Azadlıqları Komissiyası "Google"nin yeni prinsiplərinin, Avropa
Birliyinin fərdi məlumatlarının qorunması ilə əlaqədar
nizamnaməsinə zidd olduğunu bildirib.Komissiya sədri İzabella
Falque-Pierrot, Parisdə təşkil etdiyi mətbuat konfransında
"Google"a göndərdikləri sualların cavablarının özləri üçün tam
olaraq təmin edici olmadığını ifadə edib.Frana Komissiya sədr
Google lazımlı tənzimləmələr üçün 3-4 ay verdiklərini sözü
yerinə yetirmələrini, əks halda lazımlı qanuni əməliyyatları
başladacaqlarını xəbərdarlıq edib.