Əlaqə Arxiv
news Image
2012.10.17
17:02
| A A A
Az qala timsaha yem olacaqdı
Movqe.Az bildirir ki, Kosta Rikada vəhşi bir timsahla oyun oynayan turist bələdçisi demək olar ki, timsaha yem olacaqdı. Belə ki hadisə, turistləri əyləndirmək istəyən bir bələdçinin çay kənarında gəzən vəhşi timsahın diqqətini çəkməsiylə başlayır. Əlindəki toyuq və ət parçalarını yerə vuraraq timsahı özünə tərəf çəkən bələdçi, timsaha yem verərkən onu aldatmağa başlayır. Bununla da, timsah əsəbləşir. Bu zaman onun ayağı palçıqda sürüşərək yerə yıxılır. Qarşısındakı adamın yerə yıxılmasını fürsət bilən timsah onun ayağını qapmağa çalışır. Hadisəyə şahid olan turistlərin qarışıqlıq və qorxu dolu səsləri arasında təkrar ayağa qalxan bələdçi, əlindəki son yemləri timsaha verdikdən sonra çay kənarından uzaqlaşır. Video internetdə yayılaraq bir neçə gün içində minlərlə insan tərəfindən izlənib.
Sizin Reklam Yeriniz