Üç yaşındakı uşaqların yarısı internetdən istifadə edir
Movqe.Az bildirir ki,Üç yaşındakı isveçli
uşaqların yarısının internetdən istifadə etdikləri məlum olub.
İsveç İnternet infrastrukturu vəqfinin apardığı son araşdırmalara
görə, üç yaşındakı kiçik isveçlilərin yarısı və 10 yaşındakı
uşaqların üçdə ikisi internetdən istifadə edirlər. Qız uşaqların
oğlan uşaqlara nisbətən daha aktiv olduğu söylənilən araşdırmada,
kiçik yaşdakı uşaqların ümumiyyətlə valideynləriylə birlikdə
internetdə oyun oynadıqları ya da video izlədikləri qeyd edilib.
İsveç rəsmi xəbər agentliyi "TT"-yə danışan layihə rəhbəri Cenni
Elvelid bildirib ki, "Uşaqların internetdən istifadə etməsini
illərdir müşahidə edirik və bunun bir həddi olacağını düşünürdük,
ancaq indi görürük ki internet artıq üç yaşındakı uşaqlar üçün də
bir əyləncə vasitəsinə çevrilib." Araşdırmada bundan əlavə,
isveçlilərin yarısının cib telefonlarından və beşdə birinin də
tablet kompüterləri vasitəsilə internetdən istifadə etdikləri məlum
olub.