Əlaqə Arxiv
news Image
2012.10.18
19:44
| A A A
"Uçan adam" həm məşhur oldu, həm də varlandı
Movqe.Az bildirir ki, Sərbəst enişdə səs sürətini keçən ilk insan olaraq tarixə düşən avstriyalı ekstrem idmançı Feliks Baumqartnerin bu bacarığına görə sponsoru "Red Bull"dan milyonlarla avro alacağı  xəbəri yayılıb.

Avstriya qəzeti "Österreich", Baumqartnerin enişi üçün 10 milyon avro alacağını bildirib. Avstriyalı idmançının bu hadisə ilə bağlı yazacağı "Sərbəst Enişdəki Həyatım" adlı kitabı isə 12 mart 2013-cü il tarixində Almaniyada bazara çıxacaq. Baumqartner, ABŞ-da "talkshow' proqramlarına da qatılacaq. Feliks Baumqartner, Avstriya mediasına verdiyi müsahibəsində "çata biləcəyimiz bir hədəf qalmadı"  ifadələrini istifadə edərək ekstrem idmanı buraxdığını açıqlayıb. Baumqartner, ömrünün yarısını vertolyot pilotu olaraq davam etdirmək istədiyini söyləyib.

Sizin Reklam Yeriniz