Google yeni "Chromebook"u təqdim edib
Movqe.az xəbər verir ki, "Google" ARM əsaslı yeni "Chromebook" dizüstü kompüterini təqdim edib. Samsung tərəfindən istehsal edilən komputer 249 dollar qiymətindədir. "Exynos 5" rrosessor istifadə edən 11,6 düymlük "Chromebook" 6,5 saat batareya müddəti vəd edir. Açılış müddətini 10 saniyəyə qədər endirən kompüter sahibləri iki il ərzində Google Drive vasitəsilə 100 GB yığma sahəsini istifadə edə biləcək. Hər hansı bir antivirüs proqramı və ya təhlükəsizlik proqramına ehtiyac duymadığı Google tərəfindən açıqlanan "Chromebook"un Azərbaycana gəliş tarixi isə hələ müəyyən deyil.