Əlaqə Arxiv
news Image
2012.10.19
20:23
| A A A
Şahzadə ailə həyatı qurur
Movqe.Az bildirir ki, Lüksemburqun vəliəhd şahzadəsi Quillaum ilə gələcək həyat yoldaşı Kontes de Lannon bu gün ailə həyatı quracaqlar. 2009-ci ildən birlikdə olmağa başlayan və 2011-ci ildə nişanlanan 30 yaşlı şahzadə Quillaum ilə 28 yaşlı De Lannonun rəsmi nigahı bu gün baş tutacaq. Şənbə günü isə Avropa və dünyanın digər kral ailələrindən qonaqların iştirakı ilə dini mərasim keçiriləcək. Vəliəhd şahzadə Quillaum ilə gələcək həyat yoldaşı De Lannonun "Notre-Dame Katedralin"də keçiriləcək toy mərasiminə Belçika, Norveç, İsveç, Lixtenştein, Danimarka, Hollandiya, Rumıniya, İngiltərə, Morokko, Yaponiya və İordaniya kral ailə üzvləri qatılacaq.
Sizin Reklam Yeriniz