Əlaqə Arxiv
news Image
2015.10.30
16:15
| A A A
Çində dünyanın son nəsil ən böyük və ilk Ro-Ro tipli gəmisi istifadəyə verilib

Çində dünyanın dördüncü nəsil ən böyük və ilk Ro-Ro (avtonəqliyyat vasitələri daşıyan) tipli gəmisi istifadəyə verilib. Uzunluğu 296 metr, eni 37,6 metr olan gəmi "Hudong-Zhonghua Shipbuilding Group" şirkətinin istehsalıdır.


"Atlantic Star" adlı gəmi ümumilikdə 45 min ton yük daşıya biləcək. Ümumi yük sahəsi 28,9 min kvadratmetr olan gəminin 4 qatında kiçik minik avtomobilləri, digər 3 qatında isə digər avtomobillər və yük konteynerləri daşımaq mümkündür.


"Atlantic Star" Aralıq dənizi və Atlantik okeanı hövzəsində sifarişlərin yerinə yetririlməsində istifadə olunacaq.


Sizin Reklam Yeriniz