Əlaqə Arxiv
news Image
2012.10.23
16:40
| A A A
"Skype" təhlükə yaradır

Movqe.az xəbər verir ki, 2001-ci ildə "Microsoft" tərəfindən alınan görüntülü söhbət platforması olan "Skype" sadə söhbət kimi gələn mesajla kompüterin bir "botnet"ə (ing. botnet termini robot və network sözlərindən yaranmışdır. Bəd niyyətliyə istifadəçinin xəbəri olmadan yoluxmuş kompyuteri məsafədən idarə etməyə imkan verən ziyankar proqramlarla − botlarla yoluxmuş kompyuterlərdən ibarət şəbəkədir. Bot istifadəçinin kompyuterində gizli quraşdırılan və bədniyyətliyə yoluxmuş kompyuterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməyə imkan verən proqramdır. Botnetlər   adətən spam göndərilməsi, konfidensial informasiyanın toplanması, xidmətdən imtina hücumları, fişinq üçün istifadə edilir) çevrilməsinə səbəb olur. Dünyanın ən çox istifadə edilən anında mesajlaşma və görüntülü söhbət platformalarından biri olan "Skype" təcavüzkarların zərərli proqramı paylamasında vasitəçi olub. Bir istifadəçiyə keçdikdən sonra siyahıdakı digər kəslərə də sıçrayan proqram indiyə qədər həm ingilis,həm də alman dilində yayılıb. "Dorkbot" soxulcanının bir növü olan bu zərərli proqram, kompüteri bir "botnet"ə çevirərək geniş miqyaslı "click-fraud" fəaliyyətini daxil edir. Təcavüzkarlar qurbanlarına sıravi bir üslubla yaxınlaşaraq qurbanlarının gələn mesajdan şübhələnmələrini təmin edirlər. 

Sizin Reklam Yeriniz