Nəsillərinin davam etməsi üçün Rusiyaya gətirildilər
Movqe.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda yerləşən heyvanxanada Qafqaz bəbirlərinin nəsillərinin davam etməsi üçün Soçidə Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılan xüsusi parka gətirilib. Şəxsi mühafizə altında olan bəbirlərin təbii vasitə ilə törəməsi və ən az 3-4 balanın doğulması gözlənilir. Balalar xüsusi mühafizə altına alınan vəhşi həyata buraxılacaq. İran, Gürcüstan, Azərbaycan və Türkmənistanda çox az sayda olan Qərbi Asiya bəbirləri BMT Təbii Həyatı Qoruma İdarəsinin nəsilləri tükənməkdə olan heyvanlar siyahısında yer alır. Rusiyanın Qafqaz bölgəsində yaradılan sahəsində bəbir nəsilinin 10-15 il ərzində yenidən canlandırılması planlaşdırılır.