Əlaqə Arxiv
news Image
2012.10.24
19:34
| A A A
"Nokia" yeni telefonunu təqdim edib

Movqe.az xəbər verir ki, mobil telefon nəhəngi Nokia "münasib qiymətli Lumia" adlanan "ağıllı" teleonlarını təqdim edib. Daha çox giriş səviyyəsi olaraq da təyin oluna yeni "Lumia 510"un qiyməti 199 dollar olaraq təyin olunub. Telefon "Windows Phone 7.5" əməliyyat sisteminə malikdir. 4 düymlük ekranı olan telefonun ekran dəqiqliyi isə 800x480 pikselə çatır. 5 fərqli rəng seçiminə sahib olan "Lumia 510" 800 MHz "Snapdragon S1" prosessordan enerji alır. 256 MB yaddaşından əlavə 4 GB daxili yaddaşı olan cihazın daxili kamerası isə 5 megapikseldir. "Lumia 510" ilk öncə Çin və Hindistan daxilində noyabrda satışa çıxarılacaq. Bu iki ölkədən sonra isə Sakit okean və Asiya ölkələrində təqdim olunacaq. 

Sizin Reklam Yeriniz