İtlərin paradı keçirilib
Movqe.az xəbər verir ki, Amerikalılar 31 oktyabr tarixində qeyd etdikləri Halloven bayramı üçün yalnız özlərinə deyil, itlərinə də qeyri-adi kostyumlar seçir. Ənənəvi olaraq hər il təşkil edilən və böyük maraq göstərilən Halloven Bayramı İtlər Paradında yüzlərlə it yenə bir-birindən rəngli kostyumlarla görüntülənib. Nyu Yorkun şərqində "Tompkins Meydanı" Parkında baş verən və bu il 22-ci dəfə qeyd edilən bayramda itlər quldurdan tutmuş şeytana, şirdən ətli spagettiyə qədər, maraqlı və qeyri-adi kostyumlarda cadugərlər bayramında xüsusi olaraq kamera obyektivlərinə fərqli görüntülər verib.