Əlaqə Arxiv
news Image
2012.10.29
15:59
| A A A
Stiv Cobsun yaxtası

Movqe.az xəbər verir ki, "Apple"ın yeniliyə meyilliliyilə  xatırlanan əfsanəvi müdiri Stiv Cobsun xəyalında canlandırdığı  superluks yaxtası ölümündən bir il sonra üzə çıxıb. İstehsal mərhələsində eynilə "Apple"ın digər məhsulları kimi sirr olaraq saxlanan yaxta Hollandiyanın Alsmer şəhərindəki bir limanda tikilib. Adını Yunan mifologiyasındakı eşq və gözəllik ilahəsi Veneradan alan yaxta haqqında əldə edilən ilkin məlumatlara görə 80 metr uzunluğundadır. Ön qismi parlaq bir örtüyə sahib yaxta Filip Stark tərəfindən hazırlanıb. Yaxtanın dizaynı əsnasında Cobsun fikirlərini Stark ilə paylaşdığı bilinir. Yaxtanın kapitan köşkündə isə idarə 27 inçlik iMac ekranlar vasitəsilə edilir.


Sizin Reklam Yeriniz