Əlaqə Arxiv
news Image
2012.10.29
16:15
| A A A
Artıq mobil telefonunuz cızılmayacaq
Movqe.az xəbər verir ki, mobil telefonu ekranlarının cızılmasının qarşısını alan "Gorilla Glass" texnologiyası sürətlə yayılmaqdadır. Xüsusilə ilk dəfə iPhone üçün istehsal edilən və bu gün  bir çox "ağıllı telefon"da istifadə olunan "Gorilla Glass" əsasən ekranın cızılma və qırılmasının qarşısını alan bir texnologiya olaraq təyin oluna bilər. Bir milyarddan çox  insanın istifadə etdiyi bu xüsusi şüşələri "Apple"dan başqa HTC​​, Acer, Dell, Motorola, Nokia, Samsung və Sony də istifadə edir. "Gorilla Glass" telefondan başqa tablet kimi daha böyük miqyaslı ekranlarda da istifadə edilir. "Gorilla Glass"ın istehsalçısı Korninqin sədr müavini Ceyms B. Flau, gəlirlərini yüksəltmək üçün müəyyən yerlərdə məsrəfləri azaldacağını deyərək, işçi sayında da azalma olacağının ilkin siqnalını verib. "Gorilla Glass"dan başqa şirkət "Willow Glass" adlı yeni bir texnologiya üzərində də çalışır. Elastik ekranlar üçün xüsusi olaraqhazırlanan "Willow Glass" kağız incəliyində və qatlana bilən ekranların cızılmasının qarşısını alacaq.


Sizin Reklam Yeriniz