Əlaqə Arxiv
news Image
2012.10.29
16:20
| A A A
Yaponiyada "cadugərlər" nümayişi keçiriblər
Movqe.Az bildirir ki, Yaponiyada nüvə əleyhdarları, hökumətə etiraz ediblər. Nüvə enerjisinə qarşı çıxan nümayişçilər, diqqət çəkmək üçün Cadugərlər Bayramından istifadə ediblər. Fərqli geyimlər geyinən nümayişçilər, Tokionun ən işlək bölgəsində etiraz ediblər. Fərqli nümayiş, ətrafdakıların də marağını çəkib. Yaponiya, 2011-ci ildəki zəlzələdən sonra, Fukuşima Nüvə Santralından sızan radiasiya səbəbiylə son 25 ilin ən faciəvi nüvə qəzasını yaşayıb. Bu hadisəyə görə hökumət, ölkədəki 50 reaktoru bağlayıb. Baş nazir Yoşihiko Nodanın 2 nüvə reaktorunun yenidən açılması qərarını təsdiqləməsi isə nüvə əleyhdarlarının reaksiyasına səbəb olub.
Sizin Reklam Yeriniz