"Gameloft" Windows Phone 8 platforması üçün 12 oyun hazırlayıb
Movqe.az xəbər verir ki, mobil oyun sevərlərin yaxşı tanıdığı "Gameloft" dünən rəsmi olaraq tanıdılan "Windows Phone 8" üçün 12 ədəd oyun hazırladığını bildirib.Mütəxəssislərin "Windows Phone 8" platformasına gətirəcəyləri məhsulllar arasında müasir "Combat" ardıcıllığının yeni oyunu olacaq. Bu istehsallar: NOVA 3, Asphalt 7: Heat, The Dark Knight rises, Order & Chaos Online, The Amazing Spider-Man, Ice Age Village, Shark Dash, UNO & Friends, Fashion Icon, Real Soccer 2013 və Poker for prizes şəklində sıralanır . Sözügedən stehsalların hamısı "Xbox" inteqrasiyası ilə təqdim ediləcək; uğurlar, lider cədvəli, bulud yığma və onlayn istifadəçi dəstəyi də oyunlarda olacaq.