Əlaqə Arxiv
news Image
2012.11.01
16:08
| A A A
Ərəblərin "fast-food"u "Fəlafil"
Fəlafilin içində 15 növ ədviyyatdan istifadə edilir. Movqe.Az bildirir ki, Amerikalıların hamburgeri, Türklərin dönəri və Ərəblərin Fəlafili gündəlik həyatda yeyilən yeməklər kimi tanınır. Fəlafilin, dönər və hamburgerdən fərqi  vegeteryan yeməyi olmasıdır, yəni ətsiz bir yeməkdir. Orta şərqin imtina edə bilmədiyi ləzzətli yeməklərindən sayılan fəlafil, xüsusilə ərəb ölkələrində "fast food" yeməyi olaraq insanlar tərəfindən böyük maraq görür. Paxla, müxtəlif göyərtilər və ədviyyatların əzilməsindən sonra fərqli şəkillərdə, küftə ölçülərində yağda qızardılaraq hazırlanan fəlafil, xüsusilə Misir, Suriya, İordaniya, Livan və Fələstində insanların hər gün yedikləri yeməklər arasındadır. Yaxın Şərqdə fərqli adlandırılan  fəlafil  vegetaryen yeməyi olaraq da qəbul edilir. Fəlafilin içərisində 15 növ ədviyyat istifadə edilir. Pomidor, cəfəri, turşu qatılaraq da yemək mümkündür.Yaranma yerinin hara olduğu mövzusunda dəqiq məlumat olmasa da, fəlafil yeməyinin tarixdə Fələstinin yemək növü olduğu, Misirdə da tayfa üzvlərinin oruc saxladıqları günlərdə heyvanları yemək qadağan olmasından sonra yedikləri  yemək olaraq bilindiyi söylənilir.
Sizin Reklam Yeriniz