Əlaqə Arxiv
news Image
2012.11.01
17:59
| A A A
Cadugərlərə qasırğa belə təsir etmədi

Movqe.az xəbər verir ki, ABŞ-da Halloven Bayramı "Sandy" qasırğasının üzərindən yalnız iki gün keçməsinə baxmayaraq paytaxt Vaşinqtonda da təmtəraqla qeyd olundu. Paytaxtda ənənəvi Halloven bayramı  şəhərin əsas turist məkanlarından olan "Georgetown"da qeyd edildi. Bir-birindən maraqlı və yaradıcı kostyumlarla küçələrə axın edən çox sayda amerikalı rəngli görüntülərə səbəb olub. Cadugərlər, zombilər, canavarlardan roman və filmqəhrəmanlarına qədər müxtəlif xarakterlərə bürünən Amerikalılar kostyumlarına maraq göstərənlərlə çoxlu şəkil çəkdirib. Körpələr və ev heyvanlarına belə günün mənasına uyğun paltarlar geydirilməsi diqqəti çəkib.


Sizin Reklam Yeriniz