Müəssisələr də mobilləşəcək
Movqe.az xəbər verir ki, "Gartner"
araşdırma şirkətinin hesabatından verilən məlumatlara görə 2017-ci
ildə qlobal müəssisələrin 65 faizi Mobil Cihaz Rəhbərliyi
həlli yolundan istifadə edəcək. Hesabata görə, şəbəkə
nəqliyyatında "ağıllı" mobil telefonları və tablet kompüterlər kimi
mobil cihazların daha çox yer alması səbəbindən müəssələr
sistemlərini mobil dünyaya uyğun hala gətirmək vəziyyətində qalır.
''PC dövrü sona çatdı'' fikirinə yer verilən hesabatda, işçilərin
ehtiyac duyduqları hər şeyi, hər zaman və hər yerdə mobil olaraq
əldə etdiklərilə bağlı ötən gün sorğu keçirilib. Hesabatda, mobil
iş imkanının şirkətlərə həm rahatlıq, həm də məhsuldarlıq verdiyi
qeyd edilib və təhlükəsizlik risklərinə baxmayaraq hər ötən gün
daha çox tələb görüldüyü ifadə edilib. "Gartner" 2017-ci ilə qədər
müəssisələrin 90 faizinin iki və daha çox mobil əməliyyat sistemini
dəstəkləyəcəyini də nəzərdə tutur.