Əlaqə Arxiv
news Image
2012.11.02
15:40
| A A A
Hamilə zombi qorxu yaradıb

Movqe.az xəbər verir ki, ABŞ-da qanlar içindəki hamilə zombi geyimilə sükan arxasında özündən keçən bir qadın polisə çətin anlar yaşadıb. ABŞ-da qorxulu paltarlar geyilərək qeyd olunan Halloven Bayramı Alabama əyalətinə yaxın "Birmingham" şəhərində maraqlı bir hadisənin yaşanmasına səbəb olub. Aparılan araşdırmalar müəyyən edib ki,  vurularaq öldürülmüş hamilə bir qadın olduğu düşünülən xanım əslində Halloven Bayramı səbəbiylə hamilə zombi kostyumu geymiş və qəbul etdiyi alkoqollu içkinin təsiriylə özündən keçibdir. Üzünü zombiyə bənzətmək məqsədilə ağ rənglə boyadığı üçün öldüyü düşünülən qadının kostyumunun üzərində qan yerinə qırmızı rəngdə bir maddə olduğu, həmçinin qarınına yastıq bağlayaraq özünə hamilə bəzəyi verdiyi müəyyən olunub. Polis hadisədən sonra qadını spirtli halda avtomobil istifadə etdiyi üçün nəzarətə götürüb.

Sizin Reklam Yeriniz