Siçan gətirənə mobil telefon hədiyyə
Movqe.Az bildirir ki, Cənubi Afrikanın
Cohannesburq şəhərindəki Aleksandra bölgəsində gecələr bol
yemək tapdıqları evlərə girib uşaqların əllərini gəmirən siçanlar
xalqa kabus kimi günlər yaşadır. Yardım dərnəklərindən biri şəhərin
küçələrində bəslənən siçanları aradan qaldırmaq üçün xalqdan kömək
istəyib və 60 siçan öldürənə bir mobil telefon hədiyyə ediləcəyini
bildirib. "Guardian" qəzetinin xəbərinə görə, şəhərin küçələrindən
sızan kanalizasiya suyuna gələn siçanlar evlərə girib uşaqların
əllərini gəmirməyə başlayıblar. Bölgədə fəaliyyət göstərən
"Lifeline" adlı yardım dərnəyi siçanları aradan qaldırmaq üçün
yerli bir mobil telefonu mağazası ilə razılaşıb. Lakin bəzi heyvan
hüquqları müdafiəçiləri mobil telefonu almaq arzusu ilə siçan
öldürülməsinin səhv olduğunu bildirərək bu "kütləvi cinayətlər"i
"mərhəmətsiz" olaraq xarakterizə edib.