"Android"in 5 yaşı oldu
Movqe.Az bildirir ki, "Google"ın mobil
əməliyyat sistemi "Android", "Open Handset Alliance" tərəfindən
texnologiya dünyasına qatılmasının 5-ci ilini qeyd edir. Təxminən
dörd il əvvəl tanıdılan "Android 1.0" versiyanı aktual distributiv
olan "Android 4.2 Jelly Bean" ilə müqayisə etsək, "Google"ın mobil
platformasının nə qədər inkişaf etdiyini görərik. Yeni
xüsusiyyətlərə sahib cihazlar bu platformanın yüksəlişinə işarə
edir.