Ürəyinin vəziyyətini öyrənmək üçün aynaya bax
Movqe.Az bildirir ki, Danimarkada aparılan
bir araşdırma, ''Ürəyinin nə vəziyyətdə olduğunu öyrənmək
istəyənlərin aynaya baxmalarının lazım olduğunu'' irəli sürüb.
Araşdırma yaşlı görünən insanların ürək xəstəliyinə tutulma
ehtimalının gənc görünən yaşıdlarından daha yüksək olduğunu
göstərib. Amerika Ürək Dərnəyinin Los Ancelesdəki konfransında
müzakirə olunan araşdırma çərçivəsində Danimarkada 11 min adamın
xarici görünüşlərinə ətraflı şəkildə baxılıb. Araşdırma aparan
şəxslər, alnı açıq, keçəl qalan, qulaqlarının yaxınlığında
qırışıqlıq əmələ gələn və göz qapaqları çökən insanların bu dörd
göstəricidən birinə sahib olmayanlara nisbətən infarkt keçirmə
ehtimalının daha yüksək olduğunu müəyyən ediblər. Digər tərəfdən
mütəxəssislər, üzün hər hansı bir yerindəki qırışıqlığının və
saçların ağarmasının böyük risk olmadığını, bunların yaşlanmanın
təbii nəticəsi olduğunu bildiriblər.