Hisslərin qoxusunun təsiri
Movqe.Az bildirir ki, Hollandiyalı elm
adamlarının "Psychological Science" jurnalında nəşr olunan
araşdırmalarında, qorxu və iyrənmə hissləri əsas götürülüb,
qoxuların insanlar üzərindəki təsiri araşdırılıb. Yaşamaq üçün
böyük əhəmiyyət daşıyan qorxu və iyrənmə hissləri ümumi olaraq üz
ifadəsi və bədən hərəkətləri ilə aydın olur. İnsanlar, qorxduqları
vaxt daha sürətli nəfəs alır, gözləri böyüyür və daha tez hərəkət
edirlər. Diksindikləri zaman isə qaşlar aşağı enir, burun yığılır
və daha az nəfəs almağa çalışırlar. Elm adamları, araşdırmaya
qatılan kişilərə qorxu və diksinmə yaradan filmlər izlədiblər və
bununla da onların qoxusu üzərində araşdırma aparıblar. Bu qoxuları
qadınlara qoxladan elm adamları, qadınların üz ifadələrini qeyd
ediblər. Cizgilərində ''qorxu qoxusunun'' qadınlarda da sürətli
nəfəs alma kimi qorxu ifadələrinə,''diksinmə qoxusunun" da
burunlarının yığılması kimi diksinmə ifadələrinə səbəb olduğu sübut
edilib. Elm adamları, insanların ifraz etdiyi qoxuların kütlələrin
davranışları üzərində təsirinin olduğunu güman edirlər.