Süpürgə ilə uçdular
Movqe.az xəbər verir ki, Rusiyada bir qrup
gəncin çəkdiyi video böyük mübahisə yaradıb. Gənclərin əllərinə
götürdükləri süpürgələrlə uçmaları internetdə izləmə rekordu qırıb.
Görüntülərdə bir qrup gənc meşənin içində nəsə axtararkən orada
olan tacik işçiləri görür. Gənclər işçilərin ətrafdakı yarpaqları
təmizlədikləri süpürgələri götürərək qaçırlar. Bunu görən tacik
işçilərdən biri onların qarşısını almaq istəsə də buna müvəffəq ola
bilmir. Ayaqlarına süpürgə bağlamış gənc uçmağa başlayır.
Havada bir neçə saniyə qalan gənc, sonra yerə düşür və
ayağını incidir. Görüntülərin internetdə yayımlanmasından sonra
böyük bir müzakirə yaranıb, görüntülərin saxta olduğu iddia edilir