Hələ də xoşbəxtdirlər
Movqe.az xəbər verir ki, Çində 1924-ci
ildə evlənən bir cütlük 88 il sonra toy fotoşəkili çəkdirmək
istəyəndə ortaya bu sevimli mənzərə çıxıb. Evləndikləri gün toy
fotoşəkili əkdirməyən yaşlı cütlük nəhayət bu xəyallarını
reallaşdırma imkanı tapıb. Yerli bir fotoşəkil şirkətinin kömək
təklifini qəbul edən 101 yaşlı Vu Konqhan və 103 yaşlı arvadı Vu
Soqnşi çəkdirdikləri rəsmərlə dünya mətbuatında maraq oyandırıb.
Çəkiliş üçün gəlin və bəy palıtarı geyən yaşlı cütlük birlikdə
keçirdikləri uzun illərdən sonra hələ də xoşbəxt olduqlarını
söyləyib.