Əlaqə Arxiv
news Image
2012.11.12
15:18
| A A A
Hazır yeməklər şəkər xəstəliyinə səbəb olur
Movqe.Az bildirir ki, Dünyada yüksək yağ ehtiva edən yemək istehlakının artımı və ailələrin evdə yemək hazırlamaq yerinə çöldəki hazır yeməklərə üstünlük verməsi şəkər xəstəliyinin yaranmasında öz təsirini göstərir. Mütəxəssislərə görə, uşaqların oyun oynamaqla keçirəcəyi zamanları kompüter qarşısında oturaraq keçirmələri də şəkər xəstəliyinin artımına səbəb olur.14 noyabr Dünya Diabet Günündən əvvəl mütəxəssislər bu xəstəliyin səbəbləri haqqında məlumat veriblər. Şəkərlə əlaqədar danışılan bəzi səhvlərə diqqət edərək həkimlər, daima davam edən bir xəstəliklə mübarizə üçün doğru müalicə yanaşmalarının əhəmiyyətli olduğunu vurğulayıblar. Son zamanlar uşaq və gənclərdə "Tip 2" adı verilən diabet növünün sürətlə artdığını dilə gətirərək, "Bu artım qidalanmada baş verən dəyişiklik və hərəkətsizliklə bağlıdır." deyiblər. Yüksək miqdarda şəkər qəbul etməklə diabet xəstəsi olmayacağını söyləyən həkimlər bildiriblər ki, "Ancaq şəkər və şəkər ehtiva edən yeməklərin çox miqdarda qəbulu yalnız çəkinin artmasına səbəb ola bilər. Əgər bir insanın şəkər xəstəliyinə tutulma ehtimalı varsa köklük şəkərin ortaya çıxmasını sürətləndirər. Bitkilərin qəbulu ya da qaynadıldıqdan sonra içilməsi qandakı şəkərin miqdarını qətiliklə aşağı salmaz. Qandakı şəkərin miqdarı aşağı düşərsə təcili tədbir olaraq 2-3 ədəd qənd ya da qlükoza həb qəbul etmək lazımdır. 1 stəkan şəkərli meyvə suyu da içilə bilər."
Sizin Reklam Yeriniz