Movqe.az xəbər verir ki, artıq oturduğunuz yerdə, hətta yellənərək telefonunuza enerji yükləyə bilərsiniz. Ağıllı telefonların ən böyük problemlərindən biri şübhəsiz ki, enerjisinin tez tükənməsidir. Telefonlar nə qədər inkişaf etsə də, batareyasının elektirik yığma funksiyası zəif olur. Bunu bilən texnologiya firmaları isə istifadəçilərin yükləmə problemini həll etmək üçün bir-birindən maraqlı üsullar inkişaf etdirir. Bunlardan biri də "iRock" adlı bir məhsuldur. Görünüşcə adi yellənən kürsüdən fərqli olmayan məhsul, əslində kinetik enerjini istifadə edərək telefonlara enerji doldurmaq imkanını istifadəçilərə təqdim edir. Xüsusilə yaşlı nəsli maraqlandıran məhsul, bir tərəfdən çay içən istifadəçilərin, digər tərəfdən telefonlarına enerji yükləmələrinə imkan verir. Orta hesabla 60 dəqiqədə telefonların bateriyasına enerji yükləyən "iRock"un qiyməti isə1300 dollardır. Məhsul hələki Azərbaycanda yoxdur.