Nəhayət ki, barışdılar
Movqe.az xəbər verir ki, iki ildir
düşmənçilik edən texnologiya nəhəngləri "Apple" və "HTC" nəhayət
razılığa gəlib. Xüsusilə mobil telefon nəhəngləri arasında davam
edən patent mübarizəsində əhəmiyyətli bir inkişaf olub. İki şirkət
10 illik lisenziya razılaşmasına imza atdıqlarını bildirib. Edilən
lisenziya müqaviləsi bu gün və gələcəkdə alınan patentləri əhatə
edir. Xatırladaq ki,2010-ci ildə başlayan iddiada "HTC" "Apple"ın
özünə aid 20 patenti pozduğunu müdafiə edərək iddia açmışdı.