"11.11." alış-veriş çılğınlığı
538 milyon internet istifadəçisinin olduğu Çində 11 noyabrda internetdən edilən alış-veriş dünya rekordu qırdı.
Movqe.Az bildirir ki, Dünən "Tənhalar
günü"nü qeyd edən çinlilər, 11 noyabrda dörd dənə birin yan-yana
gəlməsinə görə internet vasitəsilə alış-veriş yarışına giriblər.
Çin mediasına görə, dünən gecə aparılan satışlar, ABŞ-da internet
vasitəsilə ilin ən çox onlayn alış-veriş edildiyi "Cyber
Monday"-ni də geridə qoyub. İnternetdə alış-veriş etmək üçün
1999-cu ildə qurulan "Alibaba Group"un bünyəsindəki "Taobao" və
"Tmail" kimi onlayn alış-veriş saytları dünənki günə görə böyük
güzəştlər edib. "Alibaba" tərəfindən verilən məlumata görə, 11
noyabr günü ölkə daxilində 100 milyondan çox sifariş alıblar və
cəmi 19,1 milyard yüənlik (təxminən 3,1 milyard dollar) alver
edilib. Həyata keçirilən satışın keçən ilə görə 300 faiz artım
göstərdiyi də bildirilib. Dünən 10 milyard yüənlik satış rəqəmini
keçməyi bacaran qrup, keçən il ABŞ tərəfindən rekord qırılan yeganə
gündəlik onlayn alış-veriş saytını geridə qoyub. ABŞ-da 2011-ci
ildə 1,25 milyard dollarlıq satış edilib. Bundan əlavə, saatların
11:11 olduğu vaxtda bütün ölkədə bir milyondan çox istifadəçinin
alver üçün sayta hücum etdiyi və saytda problemlər yaşandığı
bildirilib. "Alibaba" qrupunun tərkibində işləyən rəsmilər, bu
satış rəqəmlərinin özlərini də təəccübləndirdiyini, satışlardan
məmnun olduqlarını, dünya rekordunu qırmağın xoşbəxtliyini
yaşadıqlarını qeyd ediblər. Çində internet vasitəsilə alver
edənlərin sayı təxminən 193 milyondur. ABŞ-da isə bu rəqəm 170
milyondur.