Tərk edildiyinə görə dilini kəsdi
Movqe.Az bildirir ki, Hindistanın
Sendhua şəhərində yaşayan bir adam təhqir etdiyi arvadının onu
tərk etməsindən sonra dilini kəsib. Banti Verma adlı 32 yaşlı
televiziya təmirçisi, Hema adlı arvadı ilə tez-tez dalaşır və ona
davamlı təhqir edirdi. Hema artıq buna dözə bilməyib və qızını da
götürərək evi tərk edib. "Hindistan Times" qəzetinin xəbərinə görə,
Banti peşman olub. Arvadını geri qazanmaq istəyən adam bunun üçün
inanılmaz bir həll yolu seçib və dilini kəsərək problemi "kökündən"
həll etməyə qərar verib. Məntiqsiz hadisədən sonra arvadına məktub
yazaraq, "artıq xətrinə dəyməyəcəyəm" deyən Banti xəstəxanaya
aparılıb. Arvadı isə ona geri dönməyib.