Əlaqə Arxiv
news Image
2012.11.13
14:36
| A A A
İki nəfərlik Facebook gəlir
Movqe.Az bildirir ki, "Facebook" səhifələrində etdiyi dəyişiklikləri rəsmi olaraq bildirib. Bu yenilik, ən çox münasibətdə olduqlarını bildirən cütlükləri sevindirəcək. "Facebook"da biri ilə "şəxsi münasibətini" nizamlayan istifadəçilər, artıq Həyat Yolu görünüşünə sahib bir əlaqə səhifəsinə malik olacaqlar. Cütlüklərin birlikdə çəkdirdiyi "örtük" fotoşəkilinə sahib ola biləcək səhifə, birlikdə yaşanan hadisələri, ortaq bəyənilənləri, fəaliyyətləri və digər ortaq nöqtələri özündə əks etdirəcək. "Facebook", bu dəyişikliyi xidmətə təqdim etməyə artıq başlayıb. Yenilik yalnız sevgili əlaqələrini deyil, normal dostluqları da əhatə edir. Yəni normal dostluqlar üçün də örtük fotoşəkili nizamlamaq mümkündür. Belə səhifə yaratmaq üçün istifadəçinin bir dostunun profil səhifəsini ziyarət etməsi və parametrlər menyusundan "Yoldaşlığı göstər"ə daxil olması lazımdır.
Sizin Reklam Yeriniz