Əlaqə Arxiv
news Image
2012.11.14
15:10
| A A A
"Möhtəşəm almaz" rekord qiymətə satıldı
Dünyanın ən məşhur almazlarından biri Cenevrədəki hərracda satıldı... Movqe.Az bildirir ki, "Ers-hersoq Cozef" almazı, İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda rekord qiymətə alıcı tapıb. "Christie 's" hərrac evi tərəfindən təşkil edilən auksiyonda qüsursuz bir rəng və formaya sahib 76 karatlıq almaz, 21,5 milyon dollara satılıb. Hindistandakı Qolkonda mədənlərində olan almaza 15 milyon dollarlıq qiymət qoyulmuşdu. Almazı satan mərkəzi Kaliforniyada olan "Black, Starr & Frost" ləl-cəvahirat şirkətinin prezidenti Alfredo C. Molina, qiymətli daşın adının açıqlanmasını istəməyən bir adam tərəfindən satın alındığını söyləyib. Molina, alıcının almazı sərgiləmək üçün bir muzeyə bağışlamağı düşündüyünü bildirib. Vaxtilə, Macarıstan və Bohemya Şahzadəsi Ers-hersoq Cozef Avqustun adını daşıyan almaz daş, şahzadənin oğlu Cozef Françis tərəfindən bir bankirə satılıb. 1961-ci ildə Londondakı bir hərracda satışa çıxarılan almaz, 1993-cü ildə "Christie's" tərəfindən təşkil edilən hərracda 6,5 milyon dollara satılmışdı. "Ers-hersoq Cozef" almazı, bu həftə satışa çıxarılacaq qiymətli daşlardan birincisi olub.
Sizin Reklam Yeriniz