"Toyota" 2.8 milyon avtomobilini geri çağırır
Movqe.Az bildirir ki, Yapon avtomobil
şirkəti "Toyota" dünya daxilində 2.8 milyon avtomobilini geri
çağırmaq qərarı verib. Geri çağırma səbəbi, sükan mexanizmi və
hibrid sistemindəki su nasosunda yaranan çətinliklərdir. 2000-ci
ilin avqust ayı ilə 2012-ci ilin yanvar ayı tarixləri arasında
satılan və aralarında "Prius" və "Corolla"nın da olduğu cəmi 13
model geri çağırılma siyahısında var. "Toyota", Yaponiyadan 1.5
milyon, ABŞ-dan 670 min, Avropadan 496 min avtomobilini geri
çağıracaq.