Bu da yeyilə bilən "IPhone 5" örtüyü
Movqe.az xəbər verir ki, Yapon
təşəbbüskarlarından biri hazırladığı "yeyilə bilən" iPhone
örtüyüylə dünyanın diqqətini özünə çəkməyi bacarıb. Belə ki, düyü
və duzdan istifadə edilərək hazırlanan "Survival Senbei IPhone 5"
adlı bu xüsusi örtük, təbii fəlakət kimi insanların çarəsiz qaldığı
vəziyyətlərdə 'həyat" qurtarmağı hədəfləyir. Lakin örtüyün
ciddi bir problemi var: Son dərəcə həssasdır. Örtüyün dizaynçısı
Mariko istifadəçilərin örtüyü istifadə edərkən diqqətli olmalarını,
əks halda örtüyün parçalanacağını bildirib. Təxminən 40 dollarlıq
qiymət etiketiylə satışa təqdim edilən bu maraqlı örtüklərdən gündə
yalnız 3 ədəd istehsal edildiyini ifadə edən Mariko, örtüyə sahib
olmaq istəyən istifadəçilərin bir ay əvvəldən sifariş vermələri
lazım olduğuna diqqət çəkib.