Əlaqə Arxiv
news Image
2012.11.16
16:49
| A A A
Əslindən 85 dəfə daha dözümlüdür
Movqe.Az bildirir ki, ABŞ-dakı Texas Universiteti ilə Avstraliya, Çin, Cənubi Koreya, Kanada və Braziliyadan elm adamlarının ortaq əməyi nəticəsində çox güclü və dözümlü süni əzələ yaradılıb. Kəşfi reallaşdıran elm adamları, nanotexnologiya köməyi ilə yaradılan ipliklərə parafin əlavə edilərək yaradılan süni əzələnin, təbii əzələdən 85 qat daha çox mexaniki güc çıxararaq öz ağırlığından 100 min qat çoxunu qaldıra bildiyini söyləyiblər. Kəşfi həyata keçirən elm qrupunun rəhbəri professor Rey Bauqman verdiyi müsahibədə, ''Yaxın dövrdə həyata keçirdiyimiz proqramlar bizi həyəcanlandırsa da, süni əzələlər insan bədənindəki əzələlərlə dəyişdirilməyə hələ əlverişli deyil.'' deyib.
Sizin Reklam Yeriniz